“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında

Qanun layihələri
29 mart 2024   
    

29 mart 2024

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli    824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I) 6.3.4-cü və 9.7-ci maddələrinə “fövqəladə vəziyyət” sözlərindən sonra “, sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.  
Maddə 2. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 415 (Cild I) 18-ci maddəsinin ikinci hissəsinə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.
Maddə 3. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 137 (Cild I) 19-cu maddəsinin II hissəsinə “Fövqəladə vəziyyət” sözlərindən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin. 
Maddə 4. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 138 (Cild I) 7-ci maddəsinin üçüncü hissəsinə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.
Maddə 5. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 649 (Cild I) 8-ci maddəsinin VIII hissəsinə “Fövqəladə vəziyyət” sözlərindən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin. 
Maddə 6. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 3 (Cild I) 22.3-cü maddəsinə “Fövqəladə vəziyyət” sözlərindən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin. 
Maddə 7. “Media haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 90 (Cild I) 7-ci maddəsinə “Fövqəladə vəziyyət” sözlərindən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.
Maddə 8. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 25 (Cild I) 8.10-cu maddəsinin ikinci cümləsinə “Fövqəladə vəziyyət” sözlərindən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin. 
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU