Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə iş?i qruplarının tərkibinə əlavələr edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikası Milli Məclisinin

parlamentlərarası əlaqələr üzrə işçi

qruplarının tərkibinə əlavələr edilməsi

haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları parlamentlərarası əlaqələr üzrə mövcud işçi qruplarının tərkibinə daxil edilsinlər:

Afət Əjdər qızı Xanbabayeva - Azərbaycan-Avstriya və Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupları;

Eldar Allahyar oğlu Quliyev - Azərbaycan-Fransa və Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupları;

Rövşən Şükür oğlu Rzayev - Azərbaycan-Rusiya və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupları.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri M.Ələsgərov

 

Bakı şəhəri, 23 noyabr 2004-cü il

N 788-IIQR

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU