I.M.Nəsirovun Azərbaycan Respublikası Mərkəzi Se?ki Komissiyasının üzvlüyündən azad edilməsi və N.S.Məmmədovun Azərbaycan Respublikası Mərkəzi Se?ki Komissiyasının üzvü se?ilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASI MILLI MƏCLISININ Q Ə R A R I

Qərarlar      Paylaşın:        
İ.M.Nəsirovun Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının üzvlüyündən

azad edilməsi və N.S.Məmmədovun Azərbaycan

Respublikası Mərkəzi Seçki Komissiyasının

üzvü seçilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

Q Ə R A R I

 

"Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22-ci maddəsinə əsasən, habelə Azərbaycan Respublikasının Milli Məclisinə birmandatlı seçki dairələri üzrə seçilmiş, çoxmandatlı seçki dairəsi üzrə seçkilər nəticəsində Milli Məclisdə təmsil olunmayan siyasi partiyaları təmsil edən deputatların və müstəqil qaydada seçilən deputatların təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

1. İnqilab Maşallah oğlu Nəsirov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü vəzifəsindən azad olunsun.

2. Natiq Seyfulla oğlu Məmmədov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilsin.

 

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri M.Ələsgərov

 

Bakı şəhəri, 25 iyun 2004-cü il

№ 705-IIQR

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU