2004-cü il yanvarın 9-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş "Ictimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları barədə

Qərarlar      Paylaşın:        

2004-cü il yanvarın 9-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş "İctimai televiziya radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları barədə

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

Q Ə R A R I

Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2004-cü il yanvarın 9-da qəbul edilmiş "İctimai televiziya radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununu imzalamadan 2004-cü il martın 3-də öz etirazları ilə Milli Məclisə qaytarmışdır.

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə əsaslanaraq, Milli Məclisin sədri Azərbaycan Respublikası Prezidentinin qaytardığı "İctimai televiziya radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununu 2004-cü il martın 4-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti dövlət quruculuğu məsələləri, Mədəniyyət məsələləri Elm təhsil məsələləri daimi komissiyalarının rəyinə göndərmişdir. Azərbaycan Respublikası Milli Məclisinin adı çəkilən daimi komissiyaları 2004-cü il martın 15-də keçirdikləri birgə iclasda bu məsələyə baxaraq qərara almışlar ki, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Milli Məclisə "İctimai televiziya radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul etmək təklif olunsun.

Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. "İctimai televiziya radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları qəbul olunsun.

2. Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları, Hüquq siyasəti dövlət quruculuğu məsələləri, Mədəniyyət məsələləri Elm təhsil məsələləri daimi komissiyalarına tapşırılsın ki, "İctimai televiziya radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişiklikləri edib onu Milli Məclisin müzakirəsinə təqdim etsinlər.

Azərbaycan Respublikası

Milli Məclisinin sədri M.Ələsgərov

Bakı şəhəri, 19 mart 2004-cü il

No– 605-IIQR

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU