"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq q ə r a r a   a l ı r:

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 3, maddələr 171, 226, No– 4, maddə 287; 1998, No– 1, maddə 16; 2001, No– 12, maddə 736; 2002, No– 6, maddə 328, No– 12, maddə 692; 2003, No– 1, maddə 16; 2005, No– 8, maddə 684; 2009, No– 5, maddə 314, No– 7, maddələr 512, 517; 2011, No– 2, maddə 71, No– 7, maddə 604; 2013,    No– 3, maddə 217, No– 4, maddə 355; 2015, No– 4, maddələr 364, 367) 29-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. yeddinci abzasa “məlumatlar” sözündən sonra “, o cümlədən dini fəaliyyətə dair və maliyyə hesabatları” sözləri əlavə edilsin.

2. on birinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və  maddəyə aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:
“nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamalar aparır.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 oktyabr 2015-ci il
No– 1350-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU