Ə.M. Hüseynovun Azərbaycan Respublikası Məhkəmə - Hüquq şurasının üzvü təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I

Qərarlar      Paylaşın:        

 

Ə.M. Hüseynovun Azərbaycan Respublikası

Məhkəmə - Hüquq Şurasının üzvü təyin

edilməsi haqqında

 

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

Q Ə R A R I

 

 

"Məhkəmə - Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununun 6.2.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara a l ı r:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Məhəmməd oğlu Hüseynov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin.

 

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri M.Ələsgərov

 

Bakı şəhəri, 11 mart 2005-ci il

N 857-II QR

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU