İctimai Televiziya və Radio Yayımları şirkəti Yayım şurası üzvlərinin seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I

Qərarlar      Paylaşın:        

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

Q Ə R A R I

 

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

1. Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:

Aqil İsaq oğlu Dadaşov - namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür;

Vaqif Məhərrəm oğlu Abbasov - namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdür;

Cahangir Əbdüləli oğlu Məmmədli - namizədliyi Mətbuat Şurası tərəfindən irəli sürülmüşdür.

 

2. Aşağıdakı şəxslər 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:

Natiq Əhməd oğlu Şirinzadə - namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüşdür;

Fuad Rauf oğlu Muradov - namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüşdür;

Zərifə Teymur qızı Salahova - namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüşdür.

 

3. Aşağıdakı şəxslər 2 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:

Ağacan Qulam oğlu Əbiyev - namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür;

Salman Musa oğlu Musayev - namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür;

Altay Qulam oğlu Zahidov - namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüşdür.

 

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri M.Ələsgərov

 

 

Bakı şəhəri, 15 mart 2005-ci il

N 866-IIQR

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU