Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.7-ci və 24-cü maddələrinə əsasən, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların, Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyasının, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının, Böyük Quruluş Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Sosial Rifah Partiyasının, Vətəndaş Birliyi Partiyasının təqdimatlarını nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri seçilsinlər:

Pənahov Məzahir Məhəmməd oğlu,
Qasımova Svetlana Çingiz qızı,
Cavadov Fuad Musa oğlu,
İbrahimov Ramiz Hilal oğlu,
Kazımova Validə Faiq qızı,
Orucov Qabil Əhməd oğlu,
Həsənov Tofiq Eldar oğlu,
Məmmədov İlham Sabir oğlu,
Məmmədov Natiq Seyfulla oğlu,
Nadirov Nizami Hüseyn oğlu,
Tağıyev Azər Cabir oğlu,
Cəfərova Tamam Şaməmməd qızı,
İsmayılov Rövşən Rəhim oğlu.

II. Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvləri seçilsinlər:

Ağayev Zeynal Qurban oğlu,
Hümbətov Surəddin Məhəmmədhüseyn oğlu,
Adilov Nadir Adil oğlu.

Azərbaycan Respublikası Milli Məclisinin sədri
O.Əsədov

Bakı şəhəri, 7 fevral 2006-cı il
No– 53-IIIQR


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU