Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti üzvünün vəzifəsinə təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikası Milli Bankının

İdarə Heyəti üzvünün vəzifəsinə

təyin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

Q Ə R A R I

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 15-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilsin.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri M.Ələsgərov

 

Bakı şəhəri, 8 aprel 2005-ci il

N 882-IIQR

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU