Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsi üçün razılıq verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsi üçün razılıq verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Zakir Bəkir oğlu Qaralovun Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 11-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsi üçün razılıq verilsin.

Azərbaycan Respublikası

Milli Məclisinin sədri M.Ələsgərov

Bakı şəhəri, 26 aprel 2005-ci il

N 899-IIQR

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU