Azərbaycan Respublikası Hesablama Palatasının 2005-ci il ???n xərclər smetası haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I

Qərarlar      Paylaşın:        

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2005-ci il üçün xərclər smetası haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

Q Ə R A R I

 

2005-ci ildə Azərbaycan Respublikası Hesablama Palatasının onun aparatının fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Hesablama Palatasının 2005-ci il üçün xərclər smetası 4 125 776 000 (dörd milyard yüz iyirmi beş milyon yeddi yüz yetmiş altı min manat) məbləğində təsdiq edilsin.

2. Azərbaycan Respublikası Hesablama Palatasının 2005-ci il üçün xərclər smetası aşağıdakı qaydada bölüşdürülsün:

 

2.1. Əmək haqqı fondu

- 2 113 980 000 (iki milyard yüz on üç milyon doqquz yüz səksən min) manat

o cümlədən:

 

2.1.1. Hesablama Palatası üzvlərinin əmək haqqı

- 621 720 000 (altı yüz iyirmi bir milyon yeddi yüz iyirmi min) manat

2.1.2. Hesablama Palatası işçilərinin əmək haqqı

- 870 492 000 (səkkiz yüz yetmiş milyon dörd yüz doxsan iki min) manat

2.1.3. Ştatdan kənar işçilərin əmək haqqı

- 150 000 000 ( yüz əlli milyon) manata

 

2.1.4. Əməyin ödənilməsi ilə bağlı sair pul ödəmələri

- 471 768 000 (dörd yüz yetmiş bir milyon yeddi yüz altmış səkkiz min) manat

2.2. Əmək haqqına üstəlik

- 492 549 000 (dörd yüz doxsan iki milyon beş yüz qırx doqquz min) manat

2.2.1. Dövlət sosial müdafiə fonduna ayırmalar

- 465 076 000 (dörd yüz altmış beş milyon yetmiş altı min) manat

2.2.2. İcbari dövlət sığortası

- 27 473 000 (iyirmi yeddi milyon dörd yüz yetmiş üç min) manat

2.3. Malların alınması xidmətlərin haqqının ödənilməsi

- 1 279 247 000 (bir milyard iki yüz yetmiş doqquz milyon iki yüz qırx yeddi min) manat

2.3.1. Dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal materialların alınması

- 203 864 000 (iki yüz üç milyon səkkiz yüz altmış dörd min) manat

2.3.2. Ezamiyyələr xidməti səfərlər

- 400 000 000 (dörd yüz milyon) manat

2.3.3. Nəqliyyat xidmətləri haqqının ödənilməsi

- 136 555 000 (yüz otuz altı milyon beş yüz əlli beş min) manat

2.3.4. Rabitə xidməti haqqının ödənilməsi

- 75 450 000 (yetmiş beş milyon dörd yüz əlli min) manat

2.3.5. Binaların icarə haqqının ödənilməsi

- 133 496 000 (yüz otuz üç milyon dörd yöz doxsan altı min) manat

2.3.6. İnventar avadanlıqların alınması, onların təmir xərcləri

 

 

- 200 000 000 (iki yüz milyon) manat

2.3.7. Sair xərclər

- 129 882 000 (yüz iyirmi doqquz milyon səkkiz yüz səksən iki min) manat

2.4. Nəqliyyat vasitələrinin alınması

- 240 000 000 (iki yüz qırx milyon) manat

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri M.Ələsgərov

 

 

Bakı şəhəri, 24 dekabr 2004-cü il

N 816-IIQR

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU