Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I

Qərarlar      Paylaşın:        

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

Q Ə R A R I

 

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

 

Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində aşağıdakı dəyişikliklər edilsin:

1. Qeybullayev Qiyasəddin Əsgər oğlunun əvəzinə Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Bünyadov Teymur Əmiraslan oğlu daxil edilsin.

2. Hümmətov Vüqar Əmirağa oğlunun əvəzinə Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini Bayramov Museyib Seyfəddin oğlu daxil edilsin.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri M. Ələsgərov

 

 

Bakı şəhəri, 7 dekabr 2004-cü il

N 797-IIQR

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU