Azərbaycan Respublikası Milli Məclisi daimi komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I

Qərarlar      Paylaşın:        

 

Azərbaycan Respublikası Milli Məclisi

daimi komissiyalarının tərkibində

dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

Q Ə R A R I

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Afət Əjdər qızı Xanbabayeva Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının, Eldar Allahyar oğlu Quliyev Milli Məclisin Aqrar siyasət daimi komissiyasının, Rövşən Şükür oğlu Rzayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvləri seçilsinlər.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri M.Ələsgərov

 

Bakı şəhəri, 23 noyabr 2004-cü il

N 787-IIQR

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU