DEPUTATIMIZ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
24 oktyabr 2019 | 03:10   
Paylaşın:        

Milli Məclisin  deputatı Ilham Məmmədov Türkiyə Böyük Millət Məclisi və Asiya Parlament Assambleyasının təşkilatçılığı ilə İcraedici Şuranın 1-ci iclasında iştirak  etmək üçün  oktyabrın 25-də Türkiyənin Rizə  şəhərinə   səfərə gedəcək.
Millət vəkili  Siyasi Məsələlər, Büdcə və Planlaşdırma Daimi komitələrinin  iclaslarına qatılacaq.
Deputatımız iclasda müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətini bildirəcək.
Səfər oktyabrın 28-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU