DEPUTATIMIZ UKRAYNAYA SƏFƏR EDƏCƏKDİR

XƏBƏRLƏR
29 oktyabr 2019 | 03:10   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova Avronest PA-nın   Büro iclasında iştirak etmək üçün oktyabrın 30-da Ukraynanın paytaxtı Kiyev şəhərinə  səfərə gedəcək.
Tədbirdə Avronest PA-nın fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq. Deputatımız Büro iclasında  müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcək.
Səfər oktyabrın 31-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU