PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
21 noyabr 2019 | 04:11   
Paylaşın:        

Milli Məclisin deputatı Cavanşir Feyziyev Avropa  Parlamentində  keçiriləcək görüşlərdə iştirak etmək üçün noyabrın 25-dən 30-na kimi  Fransanın  Strasburq şəhərində səfərdə olacaq.
Deputatımız səfər çərçivəsində Avropa  Parlamentinin 20-yə yaxın üzvü, o cümlədən qurumun Azərbaycan üzrə daimi məruzəçisi  xanım  Jelena  Zovko ilə görüşəcək.
Görüşlərdə Milli Məclislə Avropa Parlamenti arasında münasibətlərin inkişaf perspektivləri, ikitərəfli əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin rolu haqqında fikir  mübadiləsi  aparılacaq.
***

Milli Məclisin  Əmək  və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev noyabrın 24-25-də İsrailin Təl-Əviv şəhərində səfərdə olacaq.
Deputatımız bu ölkəyə İsrail-Azərbaycan (Azİz) Beynəlxalq  Assosiasiyasının  III Qurultayında  iştirak etmək üçün   gedir. 

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU