AZƏRBAYCAN-RUSİYA REGİONLARARASI FORUMU KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
21 noyabr 2019 | 02:11   
Paylaşın:        
Noyabrın 22-də və 23-də Rusiya Federasiyasının Moskva şəhərində 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcəkdir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və Azərbaycan Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin Forumda iştirak edəcəklər.
Azərbaycan İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə keçiriləcək bu tədbirdə nəqliyyat və logistika, kənd təsərrüfatında qarşılıqlı əlaqələrin perspektivləri, turizm və humanitar sahələrdə əməkdaşlığın inkişafı mövzularında müzakirələr aparılacaqdır.
Forumun sonunda əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU