MDB PA-nın YUBİLEY SESSİYASINDA

Sədrin səfərləri
22 noyabr 2019 | 02:11   
Paylaşın:        

Noyabrın 22-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın 50-ci yubiley sessiyasında iştirak edib.
Tədbiri acan qurumun Sədri, Rusiya Federasiyası Federasiya Məclisi Federal Şurasının Spikeri Valentina Matviyenko iclas iştirakçılarını əlamətlər yubiley sessiyası münasibəti ilə təbrik edərək, onlara sessiyanın işində uğurlar arzuladı. Sonra MDB PA-nın yaranma tarixi və inkişaf yolu barədə sənədli film nümayiş etdirildi.
Sessiyada Normativ hüquqi aktlar, Parlamentarilərin statusu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, Ekoloji zərərin hesablanması, Sosial turizm, Reklam haqqında model qanunlar, Ekoloji təhlükəsizlik üzrə Milli mərkəzlərin yaradılması,  MDB PA-nın növbəti il üçün fəaliyyət istiqamətləri barədə məsələlərə baxıldı. Tədbirdə çıxış edənlər müzakirə olunan sənədlər barədə öz qeyd və təkliflərini bildirdilər. İclasda deputatlardan Xanlar Fətiyev, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Fəzail Ağamalı, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edirdilər.
Yubiley sessiyasından sonra MDB-yə üzv ölkələrin incəsənət xadimləri konsert proqramı ilə çıxış etdilər. Konsertdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirildi.
Parlament nümayəndə heyətimizin Sankt-Peterburqa səfəri bu gün başa çatır.

 

Akif Təvəkküloğlu
Milli Məclisin
Mətbuat katibi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU