MOSKVADA HEYDƏR ƏLİYEVİN ANIM MƏRASİMİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
10 dekabr 2019 | 11:12   
Paylaşın:        

Milli Məclisin deputatı Elmira Axundova ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimində iştirak etmək üçün dekabrın 11-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək.
Tədbirdə Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılacaq, bu dahi şəxsiyyətin keçdiyi şərəfli ömür yolu barədə məlumat veriləcək.
Səfər çərçivəsində, eyni zamanda, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş Elmira Axundovanın müəllifi olduğu üç cildlik kitabın təqdimat mərasimi keçiriləcək.
Səfər dekabrın 13-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU