PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
19 fevral 2020 | 03:02   
Paylaşın:        

Milli Məclisin deputatı Rauf Əliyev “Xocalıya ədalət” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 20-dən 22-dək İsrailin Təl-Əviv şəhərində səfərdə olacaq.
Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə İsrail-Azərbaycan (AZİZ) Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub. Yığıncağa İsrail Knessetinin deputatları, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri qatılacaqlar.
Toplantıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, bu faciənin tarixi barədə məlumat veriləcək, bununla bağlı sənədlər təqdim olunacaq.

*     *     *

Milli Məclisin deputatı Naqif Həmzəyev Türkiyədə keçiriləcək “Xocalıya Ədalət həftəsi”ndə iştirak etmək üçün fevralın 20-də İstanbul şəhərinə səfər edəcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən İstanbulun bir sıra bələdiyyə və universitetlərində konfranslar təşkil olunacaq.
Toplantılarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlər geniş ictimaiyyətin diqqətinə çatdırılacaq,  Xocalı faciəsi qurbanlarının xatirəsi yad ediləcək.
Səfər fevralın 27-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU