QDİƏT PARLAMENT MƏCLİSİNİN TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
29 fevral 2020 | 12:02   
Paylaşın:        

Milli Məclisin deputatı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) tədbirlərində iştirak etmək üçün martın 3-dən 4-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.
Qurumun Reqlament üzrə işçi qrupunun toplantısında QDİƏT PM-nin Nizamnaməsinə təklif olunan dəyişikliklər barədə məsələyə baxılacaq. Təşkilatın Parlament Məclisinin Daimi Komitəsinin xüsusi iclasında bununla bağlı  müzakirələr aparılacaq.
Deputatımız yığıncaqlarda çıxış edəcək, məsələyə dair öz fikirlərini açıqlayacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU