Milli Məclisin mətbuat xidmətinin məlumatı

XƏBƏRLƏR
24 aprel 2020 | 11:04   
Paylaşın:        

Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində belə bir məlumat yayılmışdır ki, guya Milli Məclis Aparatının İşlər müdirinin xidmətində yeni Tikinti-təmir şöbəsi yaradılmışdır. İddia edilir ki, hətta şöbənin rəhbərliyinə təyinat da olub.
Bu məsələ ilə əlaqədar bildiririk ki, belə bir şöbənin “yeni” yaranması ilə bağlı fikirlər tamamilə yanlışdır, həqiqətə uyğun deyil.
Xatırladırıq ki belə bir şöbə hələ  2019-cu il 19 noyabrda Milli Məclis sədrinin 289-5 saylı sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən Milli Məclisin işlər müdiri xidmətinin tikinti-təmir işləri sektoru ləğv edilərək əvəzində Milli Məclisin işlər idarəsinin tikinti-təmir şöbəsi yaradılıb. Bir daha vurğulayırıq ki, belə bir şöbənin yeni yaranması ilə bağlı informasiya tamamilə əsassızdır. Jurnalistləri bir daha dəqiqləşdirilməmiş, əsası olmayan bu cür məlumatları yaymaqdan çəkinməyə çağırırıq. 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU