MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
11 iyun 2020 | 03:06   
Paylaşın:        
İyunun 11-də Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri  Zurab Pataradze ilə görüş keçirildi. 
Qrupun rəhbəri Arzu Nağıyev qonaqları salamlayaraq, bildirdi ki, ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. O, Gürcüstanla siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığımızın yüksələn xətlə inkişaf etdiyini söylədi. Millət vəkili ölkələrimiz arasında olan tarixi dostluq münasibətindən danışdı. Strateji tərəfdaşlıq məsələlərinə toxunaraq bildirdi ki, mövcud birgə layihələr nəticəsində iki ölkə arasındaki münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Sonra Millət vəkili parlamentin qanun yaradıcılığı prosesindən söz acdı. Ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan islahatlardan danışdı. Deputat Dağlıq Qarabağ münaqişəsi barədə söhbət acaraq söylədi ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze səmimi görüşə görə dostluq qrupunun üzvlərinə minnətdarlığını bildirdi. Hər iki ölkənin əldə etdiyi nailiyyətlərindən danışan səfir dedi ki, Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir. Qarşılıqlı səfərlər əlaqələrimizin möhkəmlənməsinə töhfə verir. Gürcüstan gələcəkdədə Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Görüşdə Gürcüstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əminə Ağazadə, Məzahir Əfəndiyev, Naqif Həmzəyev, Tural Gəncəliyev ikitərəfli əməkdaşlığın inkişafı barədə öz fikirlərini açıqladılar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU