DEPUTATLARIMIZ BELARUSDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR

XƏBƏRLƏR
04 avqust 2020 | 06:08   
Paylaşın:        
Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün avqustun 7-də Minskə səfər edəcəklər. 
Deputatlardan Azər Badamov və Naqif Həmzəyev MDB Parlamentlərarası Assambleyanın xətti ilə, Arzu Nağıyev və Kamran Bayramov isə MDB İcraiyyə komitəsinin müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.
Millət vəkilləri seçkilər öncəsi vəziyyətlə tanış olacaq, səsvermənin gedişatını müşahidə edəcəklər. Yekunda prezident seçkilərinə dair rəy veriləcək. 
Səfər avqustun 11-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU