Beynəlxalq təşkilatlardan Milli Məclisə Ermənistan silahlı qüvvələrinin təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir

XƏBƏRLƏR
22 oktyabr 2020 | 15:26   
Paylaşın:        

Milli Məclisin Sədri Sahibə Qafarovanın ünvanına beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyassın Milli Məclisin Sədrinə göndərdiyi məktubda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturun, münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, o cümlədən Gəncə şəhərinə raket zərbələrinin endirilməsi pislənilir.

Məktubda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı tərəfindən keçirilən müxtəlif konfranslarda qəbul olunan qətnamələrdə qeyd olunduğu kimi, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına dəstək verilməsi bir daha təsdiqlənir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə çoxsaylı mülki şəxsin şəhid olması və yaralanması ilə nəticələnən təcavüzü bir daha kəskin şəkildə qınanır.    

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU