Böyük Britaniyanın Lordlar Palatasının üzvü Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin mülki əhalisinə qarşı törədilən təcavüzü pisləyən bəyanatla çıxış edib

XƏBƏRLƏR
23 oktyabr 2020 | 12:01   
Paylaşın:        
Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Kilkluney Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilən təcavüzü pisləyən bəyanatla çıxış edib.
Lord Kilkluney humanitar məqsədlər üçün atəşkəs  elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə qəsdən edilən hücumda 10 mülki şəxsin həlak olmasını və 34 nəfərin ağır yaralanmasını vəhşilik kimi qiymətləndirib.
Bəyanatda bildirilir ki, bu hadisə münaqişə ərazisindən 60 km məsafədə, hərbi obyektlərin olmadığı bir şəhərdə baş verib. O, Ermənistanın tərəfindən törədilən hücumların qəti şəkildə qəbuledilməz olduğunu qeyd edib. Eyni zamanda, Ermənistanın Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasını ehtiva edən bu vəhşi hərəkətlərini qınamağa çağırıb. 
Lord Böyük Britaniya hökumətini bu məsələni təcili olaraq Ermənistan hökuməti qarşısında qaldırmağa və Ermənistanı beynəlxalq humanitar hüquqlarla bağlı öhdəliklərinə və atəşkəsə hörmətlə yanaşmağa çağırıb. Lord Kilkluney Böyük Britaniyannın Bakıdakı səfirindən də Gəncədə baş verən hadisələrə diqqətlə yanaşmasını xahiş edib.
 
Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU