Deputatlarımız Moldovada prezident seçkilərini müşahidə edəcəklər

XƏBƏRLƏR
12 noyabr 2020 | 08:44   
Paylaşın:        
Milli Məclisin bir qrup deputatı Moldovada keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün noyabrın 13-də ölkənin paytaxtı Kişineu şəhərinə səfər edəcək. Seçkilər noyabrın 15-də keçiriləcək.
Deputatlardan Sabir Hacıyev və Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkili Emin Hacıyev isə MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri izləyəcəklər.
Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişini izləyəcəklər.
Səfər noyabrın 17-də başa çatacaq.
 
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU