Deputatlarımız Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

XƏBƏRLƏR
06 yanvar 2021 | 09:23   
Paylaşın:        
Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün yanvarın 7-də ölkənin paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər. 
Deputat Arzu Nağıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin, millət vəkili Naqif Həmzəyev isə  TÜRKPA-nın xətti ilə seçkiləri izləyəcəklər.
Yanvarın 10-da keçiriləcək seçkilər zamanı deputatlarımız bir sıra  məntəqələrdə olacaq, orada yaradılmış şəraitlə maraqlanacaq, prosesin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər.
Səfər yanvarın 15-də başa çatacaq.
 
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU