İtaliya-Azərbaycan dostluq qrupu Xocali soyqırımının ildönümü münasibətilə məktub göndərib

XƏBƏRLƏR
26 fevral 2021 | 17:35   
Paylaşın:        

İtaliya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri senator Stefano Luçidi Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimlinin müraciətinə cavab olaraq Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə həmkarlarına məktub göndərib.

Məktubda Xocalı hadisələri yad edilir, bu dəhşətli soyqırımla bağlı başsağlığı diləkləri çatdırılır. Bildirilir ki, bu cür faciələr və soyqırım hər bir xalqın qan yaddaşına həkk olunur.

Məktubda daha gözəl gələcək üçün İtaliya və Azərbaycan arasında əməkdaşlığın perspektivlərindən danışılır, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında İtaliyanın dəstəyi bildirilir.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU