Milli Məclisin deputatı Qırğızıstanda keçiriləcək referendumu müşahidə edəcək

XƏBƏRLƏR
07 aprel 2021 | 10:10   
Paylaşın:        

Milli Məclisin deputatı Vüqar İskəndərov Qırğız Respublikasında keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcək.

Deputatımız TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının tərkibində Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün aprelin 11-də keçiriləcək ümumxalq səsverməsinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü səsvermə prosesini müşahidə edəcək.

Səfər aprelin 14-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU