Bolqarıstan Milli Assambleyasının sədri ölkəmizə səfərə gəlib

Tədbirlər
17 iyun 2025 | 14:21   

 

Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova iyunun 17-də Azərbaycana işgüzar səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatı Kamran Bayramov, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov və digər rəsmi şəxslər qarşılayıblar.

Spiker Nataliya Kiselova ölkəmizə səfəri çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak edəcək, həmçinin, ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU