QDİƏT PA-nın 65-ci plenar sessiyasının iştirakçıları Ulu Öndərin məzarını və Zəfər parkını ziyarət edibllər

Tədbirlər
18 iyun 2025 | 12:06   

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament  Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Sonra nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və parlamentin və təşkilatın komitə sədri Musa Quliyev, deputatlardan Səbinə Salmanova, Kamran Bayramov, Mahir Süleymanlı və digər rəsmi şəxslər müşayiət ediblər.

 

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU