QDİƏTPA-nın 65-ci plenar sessiyasının iştirakçıları Xankəndidə olublar

Tədbirlər
19 iyun 2025 | 17:39   

İyunun 19-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərləri çərçivəsində Şuşadan sonra Xankəndi şəhərinə gəliblər.

Nümayəndə heyətini QDİƏT PA-da nümayəndə heyətimizin üzvləri - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçinin QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Səbinə Salmanova, Rizvan Nəbiyev, Günay Ağamalı, Zaur Şükürov, Vüqar İskəndərov və Mahir Süleymanlı müşayiət ediblər.

Qonaqları  Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayaraq burada Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat veriblər.

Nümayəndə heyətinin üzvləri Xankəndidə Zəfər meydanını gəziblər, onlara şəhərdə  yaradılacaq Zəfər muzeyi, tikintisi tamamlanmaqda olan Konqres zalı və digər layihələr barədə məlumat verilib.

Qonaqlar onları müşayiət edən media nümayəndələrinə müsahibələr veriblər.

  

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU