NATO PA-nın tədbirində

Tədbirlər
11 iyul 2025 | 15:23   

 

Milli Məclisin deputatı, NATO PA-da nümayəndə heyətinin üzvü  Samir Vəliyev iyulun 13-də Belçika Krallığının Brüssel şəhərinə səfər edəcək.

Səfər çərçivəsində deputatımız NATO Parlament Assambleyasının “Avropa İttifaqı-NATO əməkdaşlığı: Əsas tərəfdaşlıq və demokratik davamlılıq” mövzusuna həsr olunmuş 107-ci Rouz-Rout  seminarında iştirak edəcək.

 Səfər iyulun 16-da başa çatacaq.        

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU