Bəhreyn Krallığı nümayəndələr şurasının üzvləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Tədbirlər
05 sentyabr 2025 | 12:34   

Azərbaycanda səfərdə olan Bəhreyn Krallığı Nümayəndələr Şurasının baş katibi Məhəmməd İbrahim Aisisi Albuainayinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, tər güllər düzüblər.

Nümayəndə heyəti, sonra Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət edib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis aparat rəhbərinin müavini Rüstəm Mahmudov və digər rəsmi şəxslər müşayiət ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU