Beynəlxalq forumda

Tədbirlər
23 sentyabr 2025 | 09:55   

 

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova BeWoman Asiya beynəlxalq forumunda iştirak etmək üçün sentyabrın 24-də Qazaxıstan Respublikasının Almatı şəhərinə səfər edəcək.

Tədbirdə qadınların dövlətlərarası dialoqda iştirakı, ailə dəyərlərinin möhkəmləndirilməsi, qadın hüquqlarının qorunması, dayanıqlı inkişaf, sosial siyasətlə bağlı məsələlər müzakirə olunacaq.

Milli Məclisin komitə sədri Hicran Hüseynova “Həmrəyliyin gücü” mövzusuna həsr olunmuş plenar iclasda, “Qadın liderlərin beynəlxalq ittifaqları” adlı dəyirmi masada məruzə ilə çıxış edəcək.

Səfər sentyabrın 27-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU