Serbiya Milli Assambleyasının sədri ölkəmizə səfərə gəlib
Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç sentyabrın 23-də ölkəmizə rəsmi səfər gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, hər iki ölkənin səfirləri Kamil Xasiyev, Draqan Vladisavljeviç və digər rəsmi şəxslər qarşılayıblar.
Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

