Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə iclasında

Tədbirlər
25 sentyabr 2025 | 15:37   

Sentyabrın 26-da və 27-də Ankarada Türkiyə Böyük Millət Məclisinin(TBMM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzlərinin birgə “Üç dövlət, bir millət” adlı ikinci iclası keçiriləcək.

İclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlardan ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Eldar Quliyev və Anar Məmmədov iştirak edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin deputatlarının TBMM-də bir sıra görüşləri də nəzərdə tutulub.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU