Milli Məclisin deputatları Türkiyəyə səfər edəcəklər

Tədbirlər
10 oktyabr 2025 | 10:28   

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Kamal Cəfərov oktyabrın 12-dən 18-dək Türkiyədə səfərdə olacaqlar.

Millət vəkilləri səfər çərçivəsində Ankara və İstanbul şəhərlərində Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyində və “Sıfır Tullantı” Fondunda ikitərəfli görüşlər keçirəcəklər, həmçinin “Sıfır Tullantı” Forumunun işinə qatılacaqlar. 

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU