MDB PA-nın daimi komissiyasında

Tədbirlər
30 oktyabr 2025 | 10:24   

Milli Məclisin deputatı Bəxtiyar Əliyev  Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Elm və təhsil üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir.

İclasda “MDB iştirakçısı olan dövlətlərdə gənc istedadların inkişafı və dəstəklənməsi üçün normativ hüquqi bazaya dair tövsiyə layihələri haqqında”, “Uşaqların təhsili və tərbiyəsində valideyn məsuliyyəti haqqında” model qanunun layihələrinə və digər məsələlərə baxılacaq.

Səfər noyabrın 1-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU