Deputatımız Gürcüstana səfər edəcək

Tədbirlər
05 noyabr 2025 | 10:29   

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev noyabrın 6-da Gürcüstanın Tbilisi şəhərinə səfər edəcək.

Səfər çərçivəsində deputatımız Gürcüstan Milli Teatrında 8 noyabr – Zəfər Gününün beş illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU