Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədrinə başsağlığı verib

Tədbirlər
18 mart 2026 | 17:42   

Martın 18-də Milli Məclisin sədri Sahibə Qafarova Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı ilə əlaqədar Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir ki, II İlya həzrətlərinin bəşəriyyət naminə fəaliyyəti, Qafqazda sülhün, həmrəyliyin və dinlərarası dialoqun təşviqinə verdiyi töhfələr, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsində göstərdiyi böyük xidmətlər hər zaman ehtiramla xatırlanacaq.

Milli Məclisin sədri məktubda gürcüstanlı həmkarına, parlamentin üzvlərinə, dost Gürcüstan xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU