Astronavtika Federasiyasının yaz sessiyasında

Tədbirlər
22 mart 2026 | 19:55   

Milli Məclisin deputatı Vüqar Bayramov Beynəlxalq Astronavtika Federasiyasının yaz sessiyasında iştirak etmək üçün martın 23-də Fransanın Paris şəhərinə səfər edəcək.

Deputatımız sessiya çərçivəsində kosmik sahədə görülən işlər, gələcək planlar və kosmos fəaliyyətinin inkişafına dair aparılacaq müzakirələrdə iştirak edəcək.

Səfər martın 27-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU