Üç Dəniz Təşəbbüsü üzrə Parlament Zirvə Toplantısında

Tədbirlər
23 mart 2026 | 10:50   

Milli Məclisin sədr müavini Rafael Hüseynov Üç Dəniz Təşəbbüsü üzrə Parlament Zirvə Toplantısında iştirak etmək üçün martın 24-dən 26-dək Xorvatiyanın Zaqreb şəhərinə səfər edəcək.

Xorvatiya Parlamentinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə “Üç Dəniz Təşəbbüsünün irəli aparılması: gələcəyə baxış, məsuliyyət, tərəfdaşlıq” mövzusunda müzakirələr aparılacaq, dünyada artan geosiyasi qeyri-müəyyənliklər fonunda parlamentlərin rolu diqqətə çatdırılacaq.

Vitse-spiker Rafael Hüseynovun toplantıda çıxışı nəzərdə tutulur.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU