Milli Məclisin sədri Sahibə Qafarova PAİ-nin 152-ci Assambleyası çərçivəsində ümumi müzakirələrə sədrlik edib

Sədrin səfərləri
17 aprel 2026 | 09:42   

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində keçirilən ümumi müzakirələrə sədrlik edib.

Müzakirələrdə İraq Nümayəndələr Şurasının sədri Haibat Hamad Abbas al-Halbusi, Avstraliya Nümayəndələr Palatasının sədri Duqald Milton Dik, Niger Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey, Ermənistan parlamentinin sədri Alen Simonyan, Nepal Milli Assambleyasının sədri Narayan Prasad Dahal, Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Angela Tokozile Didiza, Fələstin Milli Şurasının sədri Ravi Fattouh və digərləri çıxış edərək müzakirə olunan mövzularla bağlı fikirlərini bildiriblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU