Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında iştirak edən parlament sədrləri ilə görüşüb

Sədrin səfərləri
17 aprel 2026 | 16:58   

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasının iclasında iştirak edən parlament sədrləri ilə görüş keçirib. Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.

Görüş zamanı Türkiyə Prezidenti parlament sədrlərini salamlayaraq, tədbirin əhəmiyyətini və müzakirə olunan mövzuların aktuallığını vurğulayıb. O, Parlamentlərarası İttifaqın daşıdığı missiyanı yüksək qiymətləndirərək, 152-ci Assambleyanın parlament diplomatiyası çərçivəsində daha ədalətli və təhlükəsiz bir dünyanın, sülh və sabitliklə müşayiət olunan gələcəyin əsaslarının qoyulmasına töhfə verəcəyinə inamını ifadə edib.

Prezident Tayyib Ərdoğan parlamentlər arasında əməkdaşlığın gücləndirilməsinin qlobal çağırışların həllində vacib rol oynadığını vurğulayaraq, dialoq və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinin zəruriliyini bildirib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU