Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər

Tədbirlər
28 iyun 2026 | 14:28   

Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Ukraynanın Kiyev şəhərinə səfər edəcəklər.

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədri Volodimir Kreydenkonun dəvəti əsasında reallaşacaq səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılacaq.

 

Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi


   


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU