Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfərə gəlib
_1788180562.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiya Respublikasına işgüzar səfərə gəlib.
Belqrad şəhərinin Nikola Tesla beynəlxalq hava limanında Milli Məclisin sədrini Serbiya Respublikasının daxili və xarici siyasət naziri, EXPO-2027-in Baş Komissarı Yaqoda Lazareviç, Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər qarşılayıblar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

