Milli Məclisin sədr müavini Türkiyəyə səfər edəcək

Tədbirlər
22 sentyabr 2026 | 14:48   

 

Milli Məclisin sədr müavini Musa Qasımlı sentyabrın 23-də Türkiyə Respublkasına səfər edəcək.

Səfər çərçivəsində vitse-spiker Trabzon şəhərində Qara dəniz Texniki Universitetində keçiriləcək “Trabzondan Türküstana: Tarix-Mənəniyyət-İnsan” mövzusunda tədbirdə iştirak edəcək.

Sentyabrın 25-də isə sədr müavini  Ədirnə şəhərində Türkiyə- Azərbaycan Dərnəkləri Federasiyasının Trakiya Universiteti ilə birgə təşkil etdiyi 27 sentyabr- Anım Gününə həsr olunmuş “İşğaldan zəfərə uzanan yol” mövzusunda simpoziumda iştirak edəcək.

Səfər sentyabrın 26-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU