Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib

Tədbirlər
08 noyabr 2026 | 14:13   

Noyabrın 8-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri  8 noyabr – Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət ediblər.

Deputatlar və Milli Məclisin kollektivi parkdakı Zəfər abidəsinin önünə tər güllər düzüblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU